"Əməliyyat bölməsinin" rəhbəri | Banco.az
Rabitəbank

"Əməliyyat bölməsinin" rəhbəri

Vakansiya haqqında məlumat: 

Əsas vəzifələr:

  • Filialın əməliyyat bölməsinin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;  
  • Filialın Fiziki və hüquqi şəxslərinin hesabları üzrə əməliyyatların aparılmasını təmin etmək;
  • Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni müştəriləri banka cəlb etmək; 
  • Qanunvericiliyə və bankdaxili normativ sənədlərin tələblərinə əsasən müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
  • Müştəri ehtiyacının analizini və çarpaz satışları həyata keçirmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təmin etmək;
  • Filialın əməliyyat bölməsinin işinin təkmilləşdiriməsinə və inkişafına dair təklifləri vermək.

Tələblər:

  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
  • Rəhbərlik və idarəetmə bacarığı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Analitik düşüncəyə malik olmalı;
  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Komandada işləmək  bacarığı.

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu bölməsinə  "Əməliyyat bölməsinin" rəhbəri yazaraq [email protected]  e-mail ünvanına göndərə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et