Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssis | Banco.az
Kapital Bank

Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan Resurslarının idarə edilməsi departamentinin Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • İşə qəbul, işdən azad olma, vəzifə və maaş artımı, müqavilə müddətlərinin uzadılması, struktur dəyişiklikləri və digər dəyişikliklərlə bağlı bütün bildirşləri Elektron informasiya sisteminə daxil etmək;
  • Bank üzrə vəzifə təlimatlarını tərtib etmək, baş ofisin təlimatlarını hazırlamaq və müvafiq departament direktoru ilə razılaşdırmaq, işə yeni qəbul olunan,struktur və vəzifə dəyişikliyi ilə əlaqədar olaraq əmək funksiyalarında dəyişiklik olan əməkdaşlar üçün təlimatları hazırlayıb aidiyyati üzrə göndərmək, imzalanıb geri qayıtmasını təqib etmək, departament direktoru imzaladıqdan sonra nüsxələri aidiyyəti üzrə göndərmək və digər nüsxəni şəxsi işə yerləşdirmək.
  • İntizam məsuliyyəti ilə bağlı əmrləri hazırlamaq, qeydiyyatını aparmaq, aidiyyatı üzrə göndərmək və yerləşdirmək.
  • Şöbənin fəaliyyəti ilə bağlı bütün növ əmrlər, sənədləşmələrin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin müvafiq qaydada hazırlanması və saxlanması;
  • Məzuniyyət planlamasının hazırlanması və icrasına nəzarət;
  • Məktub, arayış və sorğuların hazırlanması;

Tələblər:

  • Ali təhsil
  • Səlis Azərbaycan dili
  • Səlis yazı və fikrini ifadə etmək qabiliyyəti
  • Əmək qanunverciliyi üzrə biliklər
  • Dəqiqlik
  • Məsuliyyətlilik

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et