Əmək haqqının hesablanması üzrə mütəxəssis | Banco.az

Əmək haqqının hesablanması üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PASHA Holding Qrup üzrə İR və İnzibati işlər departamentinə Əmək haqqının hesablanması üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Şirkət işçilərinin əmək haqqının hesablanması;
• Həyat, icbari və sağlamlıq sığortası proqramlarını idarə etmək;
• Aylıq və rüblük əsaslarla qrup üzrə İR hesabatlarını toplamaq, hesabatların təhlilini aparmaq və təqdimatları hazırlamaq;
• Daxili istifadə və xarici mənbələr üçün xüsusi hesabatları tərtib və təhlil etmək (əmək haqqı sorğuları və s.);
• Əmək müqavilələrini hazırlamaq, həmçinin digər İR sənədlərinin kağız və elektron surətlərini bazalarının idarə etmək;
• Dövlət qurumlarına göndərilən müvafiq hesabatları hazırlamaq, əmrləri hazırlamaq;
• Müvafiq siyasət, prosedurlar və proqramlarla bağlı işçilərin sorğularına cavab vermək;
• İnsan resursları funksiyasına dair qanuni tələblər və hökumətin hesabat qaydalarına uyğun işi qurmaq və siyasətlərin, prosedurların və hesabatların uyğunluğunun təmin edilməsində kömək etmək;
• Müvəqqəti işçilər, agentliklər və digər kənar təchizatçılarla müqavilələr hazırlamaq;
• Layihələr çərçivəsində analitik, həmçinin təqdimatın hazırlanması kimi texniki dəstək göstərmək.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Mühasibat/maliyyə üzrə bakalavr dərəcəsi;
• Əmək haqqının hesablanması üzrə minimum 2 il peşəkar təcrübə;
• Azərbaycan, ingilis və rus dillərində səlist danışmaq;
• Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı, SAP biliyi üstünlükdür;
• Güclü analitik düşüncə qabiliyyəti və yüksək səviyyədə şəxsi keyfiyyətlər.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Əmək haqqının hesablanması üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 25 fevral, 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Şirkət: 
PASHA Holding

Ən sərfəli krediti almaq üçün müraciət et