Rabitəbank
Dizayner
Vakansiya haqqında məlumat:
Dizayner vakansiyası
Vəzifə üzrə əsas fəaliyyət:
- Reklam broşurlarının, plakatların, posterlərin, stendlərin, banerlərin (flaş baner) dizaynının hazırlanması;
- WEB səhifənin dizaynının yaradılması, elementlərinin saytda yerləşdirilməsi;
- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətdə həyata keçirilməsi;
- Bankın korporativ «brandbook»-una əsaslanaraq bütün dizayn işlərinin və təqdimatların hazırlanmasının həyata keçirilməsi;
- Bankın intranet, websayt və digər sosial şəbəkələrdəki rəsmi səhifələrini korporativ imicə uyğun olaraq dizayn eskizlərinin həyata keçirilməsi;
- Filialların eksteryer və interyer dizayn eskizlərinin hazırlanması;
- Küçə və fasad reklamının dizayn işlərinin (pilonlar, asmalar) eskizlərinin hazırlanması.
Namizədə olan tələblər:
- Ali təhsil (arzuolunandır);
- Azı 2 il bu sahə üzrə iş təcrübəsinin olması;
- Adobe Photoshop, Adobe Illustrator, CorelDraw, HTML/CSS proqramları peşəkar səviyyədə bilməsi (Flaş proqramını bilməsi arzuolunandır);
- GİF formatında işləmək bacarığı;
- Banerlərin yaradılması bacarığı;
- Fərdi və komanda şəklində işləmə bacarığı;
- Maraqlı və kreativ ideyalara malik olması;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- İngilis dili bilən namizədlərə üstünlük verilir.
Əlavə Məlumat:
- İstirahət günləri: şənbə və bazar günləri;
- Əmək haqqı (vergilər daxil olmaqla): 600-700 AZN (namizədin iş təcrübəsindən asılı olaraq);
- Namizədlə 5 ay müddətinə müvəqqəti müqavilə bağlanacaqdır.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Vakansiya ilə əlaqədar müraciət edən şəxslərin qeyd edilən e-mail ünvanına CV ilə birlikdə öz portfoliolarını da göndərmələri mütləqdir.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E - mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33