Daxili nəzarət və risklərin idarə edilməsi departamentinin direktoru | Banco.az
Bank Avrasiya

Daxili nəzarət və risklərin idarə edilməsi departamentinin direktoru

Vakansiya haqqında məlumat: 

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi və ya biznes təhsili;

Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi;

Nəzarət edə bilmə qabiliyyəti;

Strateji düşünmə və analitik təhlil bacarığı;

Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı;

Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;

Liderlik keyfiyyətləri;

Problemi həlletmə bacarığı;

Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;

MS Office proqramlarının bilikləri;

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
  • Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir.
  • Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.
  • Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir.
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi  üzrə metodların və modellərin seçilməsi və tətbiqi  üzrə işləri həyata keçirir.
  • Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
  • Aidiyyəti  struktur  bölmələrlə  birgə  stress-testlər  keçirir  və  müəyyən  edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected]  ünvanına göndərəsiniz və ya ONLİNE CV  -ni doldurasınız.

CV-ni göndərərkən email-ın mövzu hissəsində Daxili Nəzarət və Risklərin İdarə edilməsi  departamentinin direktoru vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et