Daxili Nəzarət və Komplayens departamentinə Mütəxəssis\Aparıcı mütəxəssis
Daxili Nəzarət və Komplayens departamentinə Mütəxəssis\Aparıcı mütəxəssis
Vəzifəyə olan tələblər:
• İqtisadiyyat ixtisası üzrə təhsil;
• Analitik qabiliyyət (yoxlama senariləri yaza biləcək səviyyə);
• MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla), SQL bilikləri;
• Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – yaxşı;
• Bank sektorunda iş təcrübəsi – minimum 2 il.
Vəzifə öhdəlikləri:
• Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi;
• Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi;
• Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi;
• Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi;
• Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi;
• Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!