Daxili Audit departamentinə Auditor | Banco.az
ABB

Daxili Audit departamentinə Auditor

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı Daxili Audit departamentinə Auditor vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • İdarəetmə, risklərin idarəedilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyinin, səmərəliliyinin təhlili, o cümlədən requlyativ tələblərə və qabacıl təcrübəyə uyğunluğunun qiymətləndirilməsi
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icrası və ya idarə edilməsi
  • Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi
  • Bankın fəaliyyəti əhatə edən biznes proseslərin təhlili və qiymətləndirilməsi, o cümlədən proseslərin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunun və adekvatlığının qiymətləndirilməsi
  • Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının qiymətləndirilməsi
  • Audit zamanı sahə işlərinin aparılması, auditin nəticələri, verilmiş tövsiyələr eləcə də onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
  • Audit tövsiyələrinin icra səviyyəsinin yoxlanılması
  • Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasının qiymətləndirilməsi;

Bizim üçün ideal namizəd:

Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:

  • Ali təhsil (İqtisadi/texniki/riyazi);
  • Əlaqədar sahələrdə minimum 3 illik iş təcrübəsi olan (Bank Sektoru və big4);
  • CIA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
  • Analitik və tənqidi düşüncə, detallara diqqət, məntiqi mülahizə, zamanın idarə olunması və ünsiyyət bacarıqları
  • Azərbaycan, rus və ingilis dillərini bilmək;
  • Access, Word, Power Point, Outlook, Advanced Excel, VBA, SQL kimi proqramlar ilə işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Auditor” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et