CRM şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis | Banco.az
ABB

CRM şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı Əməliyyat məhsulları və ticarətin maliyyələşdirilməsi departamentinin CRM şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Müxtəlif hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
  • SQL proqramı vasitəsi ilə məlumatların təhlili;
  • Hesabatların təkmilləşdirilməsi;
  • Microsoft PowerPoint proqramında təqdimatların hazırlanması.

Bizim üçün ideal namizəd:

 

  • SQL analitika üzrə minimum 1 il iş təcrübəli;
  • Ali təhsilli;
  • SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklərə sahib;
  • Rus və ingilis dil biliklərinə malik;
  • Analitik düşünmə qabiliyyəti sahib;
  • Komandada işləmək bacarığına malik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “CRM şöbəsinə mütəxəssis”, “CRM şöbəsinə aparıcı mütəxəssis” və ya “CRM şöbəsinə baş mütəxəssis”  şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et