Business Systems Administrator | Banco.az
PAŞA Bank

Business Systems Administrator

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq “Business Systems Administrator” (Biznes Sistemlərinin Administratoru) kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?
• Biznes sistemlərinin tətbiqi ilə bağlı layihələrin icrası, biznes və texniki tələblərin hazırlanması;
• Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistem inzibatçılığının icrası; (patçların və yeniləmələrin quraşdırılması, monitorinqi və s.)
• Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatının aparılması və icrası;
• Daxil olan sorğuların vaxtında icra edilməsinin təmin edilməsi;
• Proqram təminatı istehsalçısı və partnyor şirkətlərlə kommunikasiyanın qurulması;
• Mövcud biznes sistemlərinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Biznes funksiyalarına texniki məsələlərlə bağlı kömək göstərilməsi;
• Müvafiq hesabatların hazırlanması və texniki sənədləşmənin aparılması.

Sizdən nə tələb olunur?
• Təhsil: IT, Tətbiqi Riyaziyyat, İqtisadiyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Biznes sistemlərinə dəstək üzrə ən az 2 il
• Lisenziya / Sertifikat: SQL, Sistem İnzibatçılığı
• Xarici dillər: İngilis, Rus
• Kompüter bilikləri: MS Office proqramları, SQL, Java
• Bazar üzrə biliklər: Bank üzrə biznes prosesləri
• Məhsul üzrə biliklər: ERP, HCM, ECM, CRM
• Digər:
Analitik və problem həll etmək qabiliyyəti
Stressə davamlılıq
Güclü ünsiyyət və komandada effektiv işləmək bacarıqları

Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 20.11.2021 tarixinədək [email protected] ünvanına başlıqda ““Business Systems Administrator” (Biznes Sistemlərinin Administratoru)” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et