Biznesin İnkişafı şöbəsinə İnspektor/Aparıcı mütəxəssis | Banco.az
Rabitəbank

Biznesin İnkişafı şöbəsinə İnspektor/Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC Biznes Bankçılığı departamentinin, Biznesin İnkişafı şöbəsinə İnspektor/Aparıcı mütəxəssis vakansiyası üzrə  işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri

  • Mütəmadi bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və Qeyri kredit məhsullarının  və satış metodikasının təkmilləşdirilməsi barədə təklif vermək, Yeni məhsul və xidmətlərin  satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;
  • Biznes kredit və Qeyri kredit məhsullarının  optimallaşması,  Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək,  Məhsulun  texnoloji əsaslarını hazırlamaq və məhsulların yaradılması haqqında prosesləri izləmək;
  • Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarını aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;
  • Biznes kredit və   Qeyri kredit məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
  • Biznes krediti və Biznes  Qeyri kredit məhsullarının satışı üzrə təbliğat təşviqat tədbirləri üzrə təkliflər hazırlamaq.
  • Bankın Biznes kredit və  Qeyri kredit məhsullarının bank bazarında gündəmdə qalması üçün əməkdaşlıqların genişləndirilməsi üçün tədbirlər planı hazırlamaq;
  • Cari Biznes kredit və  Qeyri kredit məhsulları üzrə  portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Alternativ kanallar ilə biznes məhsulların çarpaz satışının və xidmətinin göstərilməsində bir başa iştirak etmək, prosesləri icra etmək.
  • Qeyri kredit və kredit məhsullarının çarpaz satış hesabatlarının hazırlanması,

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda 12 ay iş təcrübəsi;
  • Satış texnikasına dair bilik və təcrübəyə malik olmaq;
  • Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
  • Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
  • Azərbaycan dilini mükəmməl bilmək(Rus və ya ingilis dili bilən şəxslərə üstünlük verilir);
  • MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini 01.05.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu hissəsində  “İnspektor/Aparıcı mütəxəssis” yazaraq göndərə bilərlər.

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et