Xalq Bank
Biznesin İnkişafı İdarəsinin Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Biznesin İnkişafı İdarəsinin Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, menecment, iqtisadiyyat və ya texniki istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 3 il bank sektorunda təcrübənin olması;
- Ən azı 1 il rəqəmsal bank xidmətlərin inkişafı sahəsində təcrübə;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Müxtəlif proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
- Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkili;
- İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
- Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
- Rəqəmsal bankçılıq sistemində istifadəçi rahatlığın təmin edilməsi məqsədilə istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
- Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
- Rəqəmsal bankçılıq məhsul və xidmətlərinin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkili;
- Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin keçirilməsi;
- Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partyorları ilə işin koordinasiyası.
Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Bizi sosial şəbəkələrdən izləyin!!