Biznesin İnkişafı İdarəsinin Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Biznesin İnkişafı İdarəsinin Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Biznesin İnkişafı İdarəsinin Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya texniki istiqaməti üzrə magistr təhsilin olması;
  • Ən azı 3 il bank sektorunda təcrübənin olması;
  • Ən azı 1 il rəqəmsal bank xidmətlərin inkişafı sahəsində təcrübə;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Müxtəlif proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti.

İŞİN TƏSVİRİ:

  • Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
  • Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkili;
  • İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
  • Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
  • Rəqəmsal bankçılıq sistemində istifadəçi rahatlığın təmin edilməsi məqsədilə istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
  • Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
  • Rəqəmsal bankçılıq məhsul və xidmətlərinin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkili;
  • Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin keçirilməsi;
  • Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partyorları ilə işin koordinasiyası.

Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et