Biznesin inkişafı departamenti / Reklam şöbəsi/ Müdir | Banco.az
Expressbank

Biznesin inkişafı departamenti / Reklam şöbəsi/ Müdir

Vakansiya haqqında məlumat: 

 

Biznesin inkişafı departamenti / Reklam şöbəsi/ Müdir

Vəzifə öhdəlikləri:

• Bankın Reklam, PR və Brend siyasətinin prinsiplərinə uyğun olaraq işin qurulması;
• Reklam işinin operativ, ardıcıl və effektiv təşkili üçün media planın hazırlaması;
• Yeni məhsulların və xidmətlərin tətbiqi prosesində yaxından iştirak edərək, onlarla bağlı reklam kampaniyalarının həyata keçirilməsi; 
• Bankın ictimaiyyətlə əlaqələrini təmzimləmək, məhsul və xidmətlər barəsində məlumatların media vasitətələrinə ötürülməsinin təmin edilməsi;
• Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqələrin qurulması;
• Reklam büdcəsinin və büdcə hesabatlılığının aparılması;
• Reklam kampaniyalarını hayata keçirilməsi;

Təhsil/Təcrübə:

• Ali təhsil; 
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Kreativlik;
• Ünsiyyət qurmaq bacarığı;
• İşində məsuliyyətli;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• İş vaxtı: 09:00 – 18:00
• İş qrafiki: 5 gün

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Reklam şöbəsi üzrə müdir” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et