Rabitəbank
Biznes Təhlil Şöbəsi/Mütəxəssis
Vakansiya haqqında məlumat:
Rabitabank Biznes Təhlil Şöbəsi/Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil
- Ən azı 2 il bank və yaxud bank olmayan kredit təşkilatında biznes kreditlərin verilməsi,biznes kreditləri təhlili sahəsində iş təcrübəsi
- Maliyyə göstəricilərinin təhlili bacarığı
- Analitik düşüncə tərzi
- Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq,
- Tez və düzgün qərar vermək bacarığı
- Microsoft Office proqramlarında işləmə bacarığı
Əsas vəzifələr:
- Müştərinin ödəniş qabiliyyətini təhlil etmək
- Maliyyə hesabatlarını təhlili və rəy verilməsi
- Filiallar tərəfindən təqdim olunmuş biznes yönümlü kreditlərə yerində baxış keçirilməsi və müştərinin maliyə vəziyyəti barədə struktur rəhbərinə hesabat təqdim edilməsi
- Filiallar tərəfindən təqdim olunmuş biznes yönümlü kredit layihələrinin müvafiq kredit Komitəsində təqdim edilməsi
- Mikro və SME kreditləri portfelinin vəziyyəti barədə hesabat hazırladıqdan sonra müvafiq tədbirlər görülməsi bu barədə şöbə rəisinə təkliflər təqdim edilməsi
- Xidmət srukturu tərəfindən şöbəyə daxil olmuş kredit sifarişlərinin qaydalara uyğunsuzluğu haqqında rəy verilməsi
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə,
[email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.