Kapital Bank
Biznes Proseslər üzrə Analitik
Vakansiya haqqında məlumat:
Öhdəliklər
- Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi;
- Biznes proseslərin xəritəsinin hazırlanması;
- Biznes proseslərin müəyyən edilməsi və tətbiqi;
- Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Biznes proses üzrə Texniki tapşırığın yazılması.
Tələblər
- İnformatika və riyazi sahədə ali təhsil;
- Layihələr üzrə PMO bacarıqlarının olması;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Problem həlletmə bacarığı;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- Bank sahəsində 3 illik iş təcrübəsi;
- Müştəri xidmətləri, kredit və əmanət məhsulları barədə biliklər;
- MS Visio proqramı üzrə biliklər:
- İT sahəsində biliklərin olması üstünlük təşkil edir.
Müraciət üçün buraya daxil olun.