Biznes kreditlərin təhlili şöbəsi/Mütəxəssis/Baş mütəxəssis | Banco.az
Rabitəbank

Biznes kreditlərin təhlili şöbəsi/Mütəxəssis/Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Kreditlərin təhlilli” Departamenti, Biznes kreditlərin təhlili şöbəsi

 Vəzifə: Mütəxəssis/Baş mütəxəssis   

Peşəkar tələblər:

  • Mikro və SME (biznes) kreditləşmə sahəsində ən azından mütəxəssis üçün 1 il, baş mütəxəssis üçün 2 il iş təcrübəsi
  • Kredit sifarişlərində olan məlumatların təkrar yoxlanılması və təhlil olunması, sifarişçinin ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi
  • Biznesə aidiyyatı şəxsləri yoxlanılması və araşdırılması
  • MKR-də olan məlumatlarla sifarişçinin kredit tarixçəsi haqda fikir formalaşdırma bacarığı,
  • Maliyyə hesabatlarının (balans, mənfəət/zərər, cash flow) tərtib etmə və interpretasiya etmə (oxuma) bacarığı
  • Analitik düşüncə qabiliyyəti
  • Gələcəkdə baş verə biləcək kredit risklərini dəyərləndirmə və öncədən görəbilmə bacarığı
  • Müxtəlif biznes sahələrində işin gedişatından və bazardakı vəziyyətdən xəbərdar olma

Şəxsi keyfiyyətlər:

  • Detallara qarşı diqqətli olma, dəqiqlik və qərəzsizlik (neytrallıq)
  • Satış strukturları (filiallar) ilə effektiv ünsiyyət qurma və araşdırma qabiliyyəti və tələbkarlıq
  • Komandada və stress altında işləmə, verilən tapşırıqları vaxtında və səhvsiz icraetmə bacarığı
  • Eyni vaxtda bir neçə layihə ilə məşğul olma bacarığı

Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.