Biznes İnnovasiyaları departamentində Məhsul sahibi | Banco.az
PAŞA Bank

Biznes İnnovasiyaları departamentində Məhsul sahibi

Vakansiya haqqında məlumat: 

 

"PAŞA Bank" ASC Biznes İnnovasiyaları departamentində Məhsul sahibi vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Xüsusi məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi
• Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması
• Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması
• Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq
• Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq
• Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək.
• Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: İdarəetmə və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi
• İş təcrübəsi: 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
• Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (yaxşı)
• Kompüter bilikləri: MS Office proqramları
• Digər:
Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də ciddi bank işi anlayışına, eləcə də ekspertin anlayışına malik olmaq.
Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
Komandada işləmə bacarığı;
Problemləri həll etmə bacarığı;
Konfliktlərin idarəedilməsi;
Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 25.06.2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Məhsul sahibi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et