Biznes analitik | Banco.az
Rabitəbank

Biznes analitik

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC Rəqəmsal məhsulların inkişafı şöbəsində Biznes analitik vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Müştəriyönümlü və biznes dəyəri yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etmək;
  • Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
  • Rəqəmsal məhsullar üzrə görüləcək işlərin prioritetini müəyyən etmək;
  • Məhsulun vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
  • Biznes tərəfdaşlar ilə mütəmadi anlaşma, gözləntilərin uyğunlaşdırılması üzrə müzakirələr aparmaq, prosesdə multifunksional məhsul komandasınının işində qabaqcıl rol oynamaq;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
  • Hesabatların hazırlanması, test keyslerin hazırlanması
  • SWOT analizlərin aparılması

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ehtiyaclara uyğun məhsulun yaradılmasına yönümlü təfəkkür və məhsula sahiblik;
  • İnkişaf etməkdə olan rəqəmsal tendensiyalar və onların imkanları barədə məlumatlılıq;
  • Agile və Dizayn Thinking üzrə biliklər;
  • Müştəri və biznes dəyərlərinə uyğun həllərin yaradılmasına yönümlülük
  • Komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Ünsiyyət bacarıqları;
  • Güclü analitik bacarıqlar;
  • Yaradıcı təfəkkür;
  • Microsoft Office (Excel); SQL, Pİ, UI/UIX designing biliklərin olmasına üstünlük verilir
  • Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi, hazırlanması
  • Rus və İngilis dillərində yazışma və ünsiyyət qurma bilikləri;
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik“ göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et