Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis | Banco.az
Bank Respublika

Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika” ASC Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
  • Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
  • Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
  • İngilis dilində sənədlərin hazırlanması;
  • Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;  
  • Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
  • Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
  • Xarici  və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
  • Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
  • Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
  • Azərbaycan, Rus və İngilis dilləri - əla səviyyədə (yazılı və şifahi);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Məsuliyyətlik, operativlik;
  • İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 mart 2023-cü il tarixinədək email-in mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et