Baş ofis/Maliyyə departamenti/Mühasib | Banco.az
Caspian Development Bank

Baş ofis/Maliyyə departamenti/Mühasib

Vakansiya haqqında məlumat: 

Caspian Development Bank (CDB) ASC

Baş ofis/Maliyyə departamenti/Mühasib

Vəzifə öhdəlikləri:

- Gündəlik balansın və mənfəətin yoxlanılması;
- Hesab-faktura üzrə ödəniş tapşırıqlarının tərtibi və icrası;
- Banka aid xərclər üzrə ödəniş-tapşırıqların tərtibi;
- Məzuniyyət və ezamiyyət haqqı hesablanması;
- Təh-təl hesab şəxslərlə hesablaşmalar;
- Rəhbərliyə məcburi ehtiyyat və ani likvidlik barəsində;
- Təqaüd ilə əlaqədar DSMF-nin məlumat bazasının toplanma və təqdim olunması;
- AMB üçün həftəlik hesabatın hazırlanması;
- Ödəniş tapşırıqlarının icrasını təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- Azqiymətli və tezköhnələn əşyaların uçotun aparılması;
- Günün sənədlərin yoxlanılması və toplanması;
- Rəhbərliyin ayrı-ayrı tapşırıqlarını icra etmək;
- Müqavilələrin bağlanması və rəsmiləşdirilməsi, müqavilə şərtlərinə əməlolunmasına, müqavilə üzrə öhdəliklərin vaxtında və tam yerinə yetirilməsinə nəzarət edilməsi;

Tələblər:
 
- Ali iqtisadi təhsil;
- Bankın Maliyyə departamentində mühasib vəzifəsində ən azı 1 il iş təcrübəsi;
- Normativ təlimatları, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
- Analitik düşüncə tərzi;
- ACCA sertifikasiyası olan namizədlərə üstünlük verilir;
- Komandada işləmə bacarığı.
 
CV-lərinizi müraciət etdiyiniz vakansiyanın adı göstərilməklə Bankın [email protected] mail ünvanına yönəltməyiniz xahiş olunur. 
 
Elan üzrə CV qəbulu 14 aprel 2017-ci il tarixinə qədərdir.

Ən sərfəli krediti almaq üçün müraciət et