Bank risklərinin təhlili şöbəsi /böyük mütəxəssis | Banco.az
Expressbank

Bank risklərinin təhlili şöbəsi /böyük mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Risklərin idarə edilməsi Departamenti / Bank risklərinin təhlili şöbəsi /böyük mütəxəssis

Namizədə tələblər:

  • İqtisadiyyat və ya Riyaziyyat sahəsində ali təhsil
  • Risklərin idarə edilməsi və ya audit sahəsi üzrə ən azı 3 il iş təcrübəsi
  • Məntiqi analitik düşüncə qabiliyyəti
  • Excel və PL/SQL bilikləri, Python, R və PL/SQL bilikləri arzuolunandır
  • İri həcimli dataları oxumaq, emal etmək və təqdim etmək bacarığı
  • Komandada və fərdi şəkildə işləmək bacarığı
  • Korporativ və işgüzar yazışmaların aparılması bacarığı

Vəzifə öhdəlikləri:

  • Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi;
  • Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin keçirilməsi və təkliflərin verilməsi;
  • Bank risklərinin təhlil edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və təhlillərin həyata keçirilməsi;
  • Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planının hazırlaması;
  • Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlaması;
  • Bank riskləri üzrə risk xəritəsinə davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
  • Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;

Daxili hesabatların hazırlanması

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;

- Professional və maddi inkişaf perspektivləri.

- Tibbi sığorta;

- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

Namizdələrdən müraciət üçün [email protected] mailinə vakasniyanın adını qeyd edəırək CV göndərmələri xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et