Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə/iqtisadi).
- Rəhbər vəzifə üzrə 3 illik iş təcrübəsi.
- Maliyyə qanunvericiliyi üzrə biliklər;
- Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparmaq, tədqiqat aparma, təhlil etmə və analitik hesabat tərtib etmək bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı, fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı.
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı.
- MS Office proqramları.
İşin təsviri:
- Bank sisteminin dövrü analizini, sektorda və bank qruplarında müşahidə olunan tendensiyaları və potensial riskləri qiymətləndirilməsini təmin edir;
- Nəzarət prosesinin bütün mərhələlərində müvafiq nəzarət alətləri vasitəsilə bankların fəaliyyətini, maliyyə vəziyyətini və göstərişlərin icra statusunun izlənməsini və risk əsaslı nəzarətin həyata keçirilməsini təmin edir;
- Banklar üzrə nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir, nəzarət prosesi çərçivəsində banklara qarşı müvafiq tədbir və göstərişlər barədə təkliflər verir;
- Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]