Bank “BTB” ASC Treasury departamenti, Dilinq şöbəsi, mütəxəssis vəzifəsinə işə qəbul elan edir | Banco.az
Bank BTB

Bank “BTB” ASC Treasury departamenti, Dilinq şöbəsi, mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Vakansiya haqqında məlumat: 

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Treasury departamenti, Dilinq şöbəsinin mütəxəssisi

İş barədə məlumat:

  • Bank “BTB” ASC-nin daxili qaydalarına və Treasury departamenti haqqında Əsasnaməyə uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak
  • Maliyyə bazarlarının təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
  • Səlahiyyət limitləri çərçivəsində qiymətli kağızlar, pul və valyuta bazarlarında əqdlərin bağlanılması;
  • Bazar riski və likvidliyin idarə edilməsi;
  • Departamentə aid olan hesabatların hazırlanması;
  • Bankın valyuta mövqeyinə nəzarət, nağd və nağdsız valyuta mübadilə məzənnələrinin müəyyən edilməsi və s. kimi cari işlərin icrası;
  • Aparılmış əqdlər üzrə gəlirliyin təmin edilməsi;
  • Dövrü audit yoxlamalarından yaranmış tələblərin icrasını təmin edilməsi;

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadi/Biznes üzrə);
  • Bank Qanunvericiliyinə dair ümumi biliklər;
  • Rus və İngilis dillərini bilməsi üstünlük sayılır;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
  • Analitik düşüncə;
  • Operativlik;
  • MS Office proqramlarında işləmək biliyi, MS Excell-dən istifadə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Treasury departamenti, Dilinq şöbəsinin mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et