Bakı və Regional (Gəncə) filiallarına Kredit inzibatçılığı üzrə təcrübəçi | Banco.az
AFB Bank

Bakı və Regional (Gəncə) filiallarına Kredit inzibatçılığı üzrə təcrübəçi

Vakansiya haqqında məlumat: 

           

AFB Bank Bakı və Regional (Gəncə) filiallarına Kredit inzibatçılığı üzrə təcrübəçi vakansiyası elan edir.

Vəzifə: Təcrübəçi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı və Gəncə şəhərləri.

TƏCRÜBƏÇİYƏ  DAİR  TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Bank üzrə ümumi biliklərə malik olmaq;
• Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word, Power Point);
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dilini bilənlərə üstünlük verilir);

İŞİN TƏSVİRİ:

• Kredit müqavilələrinin bağlanması üçün tələb olunan sənədlər siyahısının kredit mütəxəssilərindən toplanması;
• Müştərilər üçün müqavilələrin hazırlanması və onların reyestrinin aparılması;
• Müqavilələr imzalandıqdan sonra onların doğruluğunun və düzgünlüyünün yoxlanılması;
• Müqavilələrin və sənədlərin elektron arxivləşdirilməsi;
• Kreditlərin bank sisteminə yığılması;
• Kredit ödənişlərinin aparılması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit inzibatçılığı üzrə təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et