Bakı və Həzi Aslanov filialına XANIM KREDİT MÜTƏXƏSSİSİ
Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.AzərKredit hazırda Bakı filialına və Həzi Aslanov Xanım Kredit Mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir.
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 30 yanvar 2014-cü il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket forması aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər. İşə qəbul anketini AzərKredit-in Bakı filialından və yahttp://azercredit.az/az/career/how_to_apply saytından yükləməklə əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Bakı filialına və ya Həzi Aslanov filialına XANIM KREDİT MÜTƏXƏSSİSİ). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş xanım namizədlərlə əlaqə saxlanılacaq.
- AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Bütün fəaliyyətini AzərKreditin siyasət və pro
- Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
- Kredit ərizələrini qəbul edir, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparır;
- Zəruri olduqda girov kimi təqdim olunan əmlakın tədqiqini həyata keçirir;
- Kredit ərizələrini hazırlayır və filialın kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim edir;
- Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görür;
- İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Kiçik bizneslə iş sahəsində müvafiq təcrübə;
- Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
- Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
- İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
- Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;