Bakı, Sumqayıt, Gəncə və Lənkəran filiallarına hüquqi şəxslər üzrə əməliyyatçı | Banco.az
Rabitəbank

Bakı, Sumqayıt, Gəncə və Lənkəran filiallarına hüquqi şəxslər üzrə əməliyyatçı

Vakansiya haqqında məlumat: 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri

  • Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verir;
  • Müştərilərin müraciəti zamanı müştəriyə uyğun digər biznes kredit və qeyri kredit məhsullar haqqında məlumatı təqdim etməklə onların satışına səy göstərmək;
  • Mövcud Korporativ müştərilərin Rəqəmsal kanallardan istifadəsinə təşviq etmək və xidmətlərin funksionallığını ətraflı izah etmək;
  • Müştəri hesabları və müştəriyə aid bankdaxili hesablar üzrə bütün növ nağd və nağdsız əməliyyatları aparır;
  • XÖHKS, AZİPS, SWIFT üzrə əməliyyatları Bank sisteminə daxil edir;
  • Korporativ müştərilərinin müraciəti və ya baş əməliyyatçının göstərişi ilə MXS-in xidmət etdiyi müştərilərin əməliyyatlarını(qanuna zidd olmayan) bank proqramına daxil edir və həmin əməliyyatlar üzrə sənədləşmələri həyata keçirir;
  • Çek kitabçalarını hazırlayır və Korporativ müştərilərə təqdim edir;
  • Korporativ müştərilər haqqında əldə edilən yeni məlumatların bank proqramına daxil edir(Əlaqə nömrəsi, elektron ünvanı və s.);
  • Korporativ müştərilərin hesablarına vergi, məhkəmə, DSMF va digər dövlət orqanlanndan daxil olan icra sənədlərinin qəbul olunmasını təmin edərək müştərilərlə əlaqə saxlamaq və onları məlumatlandırmaq;
  • Korporativ müştəri sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabları açır;
  • Qayda və təlimatlara uyğun olaraq Korporativ müştərilərinin müraciəti zamanı hesab üzrə aparılan əməliyyatlar haqqında məlumat verir, hesablar üzrə çıxarışları hazırlayır və müştəriyə təqdim edir;
  • Filial/şöbə rəhbərinin, funksional rəhbərin, əməliyyat menecerinin göstərişi ilə öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlayır;
  • Zərurət yarandığı halda rəsmi ƏMR-ə əsasən çalışdığı və ya digər filialın əməliyyatçısının vəzifəsini icra edir;
  • Filial/şöbə rəhbəri, funksional rəhbər, əməliyyat meneceri tərəfindən verilən  qanuna zidd olmayan digər göstərişləri yerinə yetirir;
  •  Azərbaycan Respublikasının Mərkəzi Bankının qayda və təlimatlarını, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini,  habelə bankdaxili qayda və təlimatları bilmək və onlara riayət etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə/ bank sektorunda ən azı 1 il iş təcrübəsi;
  • MS Office proqramında peşəkar işləyə bilmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək, xarici dil biliyi olanlara üstünlük verilir;
  • Ünsiyyətqurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini 29.11.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu hissəsində  “filialın adı qeyd olunaraq hüquqi şəxslər üzrə əməliyyatçı” yazaraq göndərə bilərlər

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33