Bakı Filiallarında Kassir | Banco.az
Rabitəbank

Bakı Filiallarında Kassir

Vakansiya haqqında məlumat: 

 

Bakı Filiallarında Kassir vakansiyası.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların müvafiq normativ aktlarına və bankın daxili qaydalarına uyğun aparılmasını təmin etmək;

- Nağd pul və digər qiymətlilərlə bağlı bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatlar hazırlamaq;

- Kassa sənədlərinin və xəzinədəki vəsaitlərin həqiqiliyini təmin etmək;

- Xəzinədə həyata keçirilən mədaxil - məxaric əməliyyatlarını bankın əməliyyat sistemində əks etdirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- Ali təhsil;

- Sahə üzrə 1 illik iş təcrübəsi;

- Pul və qiymətlilərlə işləmə qabiliyyəti;

- Məsuliyyətlilik, dəqiqlik, çeviklik və təzyiqə davamlılıq;

- Komanda tərkibində və fərdi şəkildə işləmə qabiliyyəti;

- MS Excel proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kassir” göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç