Auditor | Banco.az
Bank BTB

Auditor

Vakansiya haqqında məlumat: 

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İş barədə məlumat:

  • İllik Audit planına və plandan kənar qrafikə əsasən Bankın struktur bölmələrində auditin həyata keçirilməsi;
  • Yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tədbirlərin tərtib edilməsi, səmərəli təkliflərin verilməsi;
  • Audit tövsiyyələrinin icra səviyyəsinin yoxlanılması;
  • Aparılmış audit yoxlamalarına dair hesabat və rəylərin hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və lazımi qaydada hesabatların verilməsi

Namizədə tələblər:

  • Ali təhsil;
  • Bank Qanunvericiliyinə dair ümumi biliklər;
  • Bankın əməliyyat və kreditləşmə sahəsinə dair təcrübə;
  • Analitik təfəkkür, təhlil və risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
  • Yeni məlumatları qəbul edə və tətbiq edə bilmə bacarığı;
  • Komandada işləmək və kommunikasiya bacarığı;
  • Özünütənqid, işində intizamlı, stressə davamlı və inkişafa meyilli;
  • MS Office proqramlarında keyfiyyətli işləmək biliyi;
  • Bank sahəsində iş təcrübəsi minimum 1 il

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Auditor)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et