ATB Bank Müştəri Xidmətləri Mərkəzi/ Korporativ xidmət şöbəsi/Mütəxəssis/Aparıcı mütəxəssis | Banco.az
Azər Türk Bank

ATB Bank Müştəri Xidmətləri Mərkəzi/ Korporativ xidmət şöbəsi/Mütəxəssis/Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

ATB Bank Müştəri Xidmətləri Mərkəzi/ Korporativ xidmət şöbəsi/Mütəxəssis/Aparıcı mütəxəssis

Təsvir

  • Bankın təqdim etdiyi bütün növlərə aid edilən bank məhsulu və göstərilən xidmət növləri barədə məlumatlı olması və bu barədə müştərilərə məlumatların verilməsi;
  • Korporativ müştərilərə qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və Bankın müvafiq normativ hüquqi aktları çərçivəsində yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi;
  • Hesabların açılması üçün müştәrilәr tərəfindən təqdim edilən sənədləri qəbul etmək, yoxlamaq və şöbənin rəhbərinə təqdim etmək;
  • Hüquqi şəxslərin və fərdi sahibkarların hesabları üzrə əməliyyatların aparılması üçün müvafiq tədbirlər görmək;
  • Müvafiq prosedurlar əsasında müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək;
  • Bankın təklif etdiyi mәhsul və xidmətlərinə dair müştərilərin tәklif və iradlarını qəbul etmək, şöbə rəhbərinə çatdırmaq;
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.

Tələblər

  • Ali təhsil;
  • Bankda sahahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
  • Qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarını bilməsi;
  • Vahid komandada işləmək qabiliyyəti;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti;
  • Peşəkar, məsuliyyətli, diqqətli olmaq;
  • Yüksək etik davranışa sahib olmaq, gülərüz və pozitiv olmaq.

Müraciət üçün linkə keçid edə bilərsiniz https://bit.ly/3vARuhx

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et