Arxiv işi üzrə mütəxəssis | Banco.az
Bank Respublika

Arxiv işi üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Bank Respublika” ASC “Arxiv işi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

· Məlumatların bazaya işlənməsi;

· Sənədlərin skan edilərək sistemə toplanması;

· Hər il arxivə təhvil verilən sənədlərin qaydalara uyğun toplanması;

· Arxivləşdirilmiş sənədlərin qorunub saxlanmasına nəzarət etmək.

Namizədə qarşı tələblər:

· Təhsil: Ali təhsil arzuolunandır;

· Sahə üzrə iş təcrübəsi arzuolunandır;

· MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;

· Dil bilikləri: Azərbaycan dili (əla);

· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Qeyd: İş yeri Masazır qəsəbəsi, Park Solero.

Sizə nə təklif edirik?

· Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

· Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;

· Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;

· Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 oktyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Arxiv işi üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et