Aqro və Mikrokreditlər Departamentində Biznes analitik | Banco.az
Bank Respublika

Aqro və Mikrokreditlər Departamentində Biznes analitik

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Aqro və Mikrokreditlər Departamentində Biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankdaxili prosesləri izləmək, təhlil etmək və onları təkmilləşdirmək;
  • Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması;
  • Sifarişçilərlə biznes və təşkilati çatışmazlıqların müzakirə edilməsi;
  • Kredit prosedurlarının nəzərdən keçirilməsi və müvafiq prosedurların optimallaşdırılması;
  • Aqro və Mikrokreditlər Departamentinin fəaliyəti ilə bağlı müxtəlif növ hesabatların hazırlanması və müxtəlif məzmunlu sorğuların cavablandırılması;
  • Texniki tapşırığın hazırlanmasında iştirak və icrasının təmin olunması;
  • Məhsulun keyfiyyətlə hazırlanmasına nəzarət etmək;
  • Bankın İT bölməsi, biznes departamentləri və vendorlarla effektiv ünsiyyətin qurulması;
  • Layihələrin keyfiyyəti, zamanı, büdcəsi və risklərinə nəzarət etmək;
  • Sifarişçilərlə kommunikasiya planları, müddət və tələblərin razılaşdırılması;
  • Layihələrin və texniki sənədləşmənin aparılması;
  • Kreditləşmə prosesi üzrə texniki alətlərin tətbiqinə dair təkliflərin verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və ya İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 fevral 2023-cü il tarixinədək emailin mövzu hissəsində Biznes analitik (Aqro və Mikrokreditlər Departamenti) qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et