Vakansiya haqqında məlumat:
Vəzifə öhdəlikləri:
- yeni veb-layihələr üzərində çalışmaq;
- mövcud veb-layihələri inkişaf etdirmək;
- veb-layihələr üzərində komanda üzvü olaraq çalışmaq;
- yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- back-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən səhifələrin hazırlanması;
- mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi.
Təhsil və ixtisas tələbləri: ali təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi).
Staja dair tələb: müvafiq sahədə ən azı 3 ildən çox təcrübə.
Kompüter biliklərinə dair tələblər:
- front-end biliklər: ReactJs, NextJs, Javascript/Typescript, Redux, Html, CSS/SCSS, JQuery (Bootsrap 4-5, TailwindCss);
- Figma ilə işləmək bacarığı;
- RestAPI və Version control – Git ilə işləmək bacarığı.
Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
Xüsusi bacarıqlar:
Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, sərbəst araşdırma aparmaq, problemi həll etmək və qərarvermə qabiliyyəti
Şirkət:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi