Analitika şöbəsinə mütəxəssis | Banco.az
Beynəlxalq Bank

Analitika şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

ABB Filiallarla iş və satışa dəstək departamentinin Analitika şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu i

mkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Müştəri xidməti strukturlarının fəaliyyətinin qiymətləndirilməsi;
  • Müştəri xidməti strukturları üzrə səmərəlilik göstəricilərinin hesablanması, satış xidməti ilə bağlı  təhlillərin dashboard üzərindən vizuallaşdırılması;
  • Analitik hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (riyazi və iqtisadi sahədə təhsil üstünlükdür);
  • SQL, Excel, Powerpoint proqramları üzrə yüksək biliklərə sahib (VBA makros yazmaq bacarığı arzuolunandır)
  • HTML,CSS bilikləri olan;
  • Maşın öyrənmə modelləri üzrə bilik səviyyəsi;
  • Analitik təhlil bacarığı olan;
  • Təşəbbüskar və effektiv ünsiyyət bacarıqlarına sahib;
  • Komandada iş bacarıqlarına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/ portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et