DəmirBank ASC Problemli Kreditlərlə İş Departamentində Aktivlərin İdarə Edilməsi şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
• Nəqliyyat vasitələri satışının və qaraja nəzarətin təşkilini həyata keçirmək;
• Bankın filiallarında yaranmış problemli kreditlər üzrə girov təminatı olan daşınmaz və daşınar əmlakın idarə edilməsi ilə məşğul olmaq;
• Problemli kreditlər üzrə girov təminatı olan daşınmaz və daşınar əmlakların məhkəməyə müraciət edilmədən ipoteka qoyanın razılığı əsasında qanunvericiliklə müəyyən olunmuş qaydada satışını təşkil etmək;
• Aşkara çıxarılan bütün nöqsanlar barədə rəhbərliyin məlumatlandırımasını həyata keçirmək;
Namizədə qarşı tələblər:
• Orta təhsilli olmalı (ali təhsilin olması üstünlükdür);
• Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
• Nəqliyyat vasitələrin satışın təşkili barədə məlumatlı olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Əla ünsiyyət bacarığı, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktivlərin İdarə Edilməsi şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.