“Agile” Kouç | Banco.az
PAŞA Bank

“Agile” Kouç

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq ‘Agile’ İdarəetmə şöbəsində “Agile” Kouç kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Komanda və təşkilata ‘Agile’ tətbiq metodologiyasının istifadəsinə dair təlimatların verilməsi;
• Komanda heyətində şəffaf və uyğunlaşan komanda mədəniyyətinin aşılanması;
• Sərbəst planlaşdırma və ‘backlog‘ idarəçiliyində məhsul sahibinə dəstək;
• Korporativ mədəniyyətə uyğunlaşma və ya logistik problemlər kimi maneələrin aradan qaldırılması;
• Bütün komanda üzvləri arasında əməkdaşlığın gücləndirilməsi;
• Komanda daxilində və xaricində ünsiyyət və əməkdaşlığın asanlaşdırılması;
• Komanda və təşkilatın bütün səviyyələrində ‘Agile‘ prinsip və təcrübələrinin tətbiqi;
• Komanda və təşkilata ‘Agile‘ tətbiq metodologiyasının istifadəsinə dair təlimatların verilməsi;
• Sərbəst planlaşdırma və ‘backlog‘ idarəçiliyində məhsul sahibinə dəstək;
• Komanda heyəti arasında şəffaf və uyğunlaşan komanda mədəniyyətinin aşılanması.

Sizdən nə tələb olunur?

• Təcrübə: ‘Agile‘ idarəetmə, ‘agile‘ inkişaf, ‘scrum master‘ və buna uyğun sahədə 3 illik təcrübə və məhsul sahibi, layihələrin idarəedilməsi sahəsində təcrübə (‘Agile‘ idarəetmə üzrə)
• Dil biliyi: Minimal olaraq İngilis dilində ‘Intermediate‘ səviyyəsi
• Biliklər: ‘Agile‘ metodologiyasının biznesə tətbiqi üzrə biliklər
• Digər: Güclü ünsiyyət, təlimçi, mentor, və kouç bacarıqları

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.05.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Agile Kouç” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et