“ABB” ASC Bankı təcrübə keçməyə dəvət edir/iziki şəxslər üzrə əməliyyatçı, Hüquqi şəxslər üzrə əməliyyatçı, Xəzinədar , Ofis meneceri
“ABB” ASC Bankı Müştəri Xidmətləri strukturlarında müxtəlif istiqamətlər üzrə təcrübə keçməyə dəvət edir (Fiziki şəxslər üzrə əməliyyatçı, Hüquqi şəxslər üzrə əməliyyatçı, Xəzinədar , Ofis meneceri )
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Ofis proqramlarında iş bacarığı;
Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;
Komandada işləmək bacarığı;
Yüksək motivasiya və bank sahəsinə maraq.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində özünüzü reallaşdırmaq imkanları;
Bankın müvafiq şöbələrin işini dərindən öyrənmə imkanları;
Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 Dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübə proqramı (Müştəri xidmətləri) ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az