Yolkart - Sizin yol yoldaşınız! | Banco.az

Yolkart - Sizin yol yoldaşınız!

Bank of Azerbaijan müştərilərinə nəqliyyat kartı olan “Yolkartlarını” təqdim edir. Bu prepaid-kartlar MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılıb. Kartın qiyməti 3 manatdır, onun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Sığorta depoziti üçün ödənilmiş məbləğ istifadəçiyə kartı qaytararkən geri ödənilir.

Qeyd edək ki, Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminə artıq start verilmişdir. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq ediləcəkdir.

Nəqliyyat kartı olan “yolkartı” paytaxtın bütün köşklərindən və Bank of Azerbaijanın filiallarından ala, balansı artıra və yaxud balansı öyrənə bilərsiniz.
Yolkart yolda gərək!

Ən sərfəli krediti almaq üçün müraciət et