“Təcili pul lazımdır?” Bank Respublika-dan nağd kreditlərə endirim aksiyası. | Banco.az

“Təcili pul lazımdır?” Bank Respublika-dan nağd kreditlərə endirim aksiyası.

“Təcili pul lazımdır?” – bu sual Sizdə yarandıqda Bank Respublika-nın yeni aksiyası lap yerinə düşər. Mayın 1-dən iyulun 31-dək Bank Respublika bütün nağd kreditlərə 2% endirim elan edir. Nağd kreditləşmə məhsullarının geniş çeşidi isə Sizə nağd pul məsələsinin həlli üçün ən uyğun gələnini seçmək imkanı yaradacaq. 24 ay müddətinədək verilən kreditin maksimal məbləği 5000 manat təşkil edir. Bununla yanaşı, 1000 AZN-dək kredit alanlardan zamin və girov tələb olunmur.  (kreditlərin şərtləri)

Müştərilərin rahatlığı və vaxtlarına qənaət etmələrini düşünərək Bank Respublika həmçinin kredit borclarını bankın rəsmi veb səhifəsində və geniş bankomat şəbəkəsi vasitəsilə onlayn ödənilməsi imkanını təklif edir.