Kapital Bank müəllimlərə 5% güzəştlə kredit kampaniyası təqdim edir | Banco.az

Kapital Bank müəllimlərə 5% güzəştlə kredit kampaniyası təqdim edir

Kapital Bank 5oktyabr – Müəllimlər Günü münasibətilə 3-7oktyabr tarixlərində müəllimlərə yeni güzəştli kredit kampaniyasına başlayıb. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən müəllimlərə illik faiz dərəcəsində 5% endirim təqdim edilir.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Последный дату компание: 
cümə, Oktyabr 7, 2016

Ən sərfəli krediti almaq üçün müraciət et