Bank xanım müştərilərinin borclarını sildi | Banco.az

Bank xanım müştərilərinin borclarını sildi

Expressbank 8 mart münasibətilə xanım müştərilərin faiz borclarını sildi

Expressbank sosial yönümlü fəaliyyətinə uyğun olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə az təminatlı xanım müştərilərinin faiz borclarını sildi. Belə ki, kredit öhdəliyini yerinə yetirə bilməyən, uzun müddətdir ki, aylıq ödənişini vaxtında edə bilməyən xanımların faiz borcları Bank tərəfindən silindi. 
Bu layihəyə əsasən az təminatlı, yaxınını itirmiş, xəstə ailə üzvü olan və daha çox maliyyə sıxıntısı keçirən bir sıra xanımlar cəlb olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et