“Bank Standard” SmartCard Gold kartını xanımlara hədiyyə edir! | Banco.az

“Bank Standard” SmartCard Gold kartını xanımlara hədiyyə edir!

“Bank Standard” 8 mart bayramı münasibətilə xanımları təbrik edir və yenidən onlar üçün aksiyaya start verir. Aksiya mart ayının 1-19 tarixləri arası bankın bütün filiallarında keçiriləcək. Aksiya çərçivəsində xanmlara kredit xəttinin maksimal məbləği 1000 AZN/USD/EUR-dək olan 12 ay müddətinə SmartCard Gold plastik kartı hədiyyə olunacaq. Bunun üçün sadəcə iş yerindən arayış təqdim etmək kifayətdir.


“Bank Standard” bankda hesabı olan xanm müştərilərə isə kredit xəttinin maksimal məbləği 1000 AZN/USD/EUR-dək olan 36 ay müddətinə MasterCard Gold plastik kartını hədiyyə edəcək.

Ötən il aksiya çərçivəsində hədiyyə qazanan xanım müştərilərin isə kredit xətti 50%-dək artırılacaq.

Daha ətraflı məlumatı https://bankstandard.com/az/rəsmi saytımızdan və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.