Yeni İnternet Bankçılıq xidməti | Banco.az

Yeni İnternet Bankçılıq xidməti

Yapı Kredi Bank İnternet Bankçılıq xidmətini öz müştərilərinin istifadəsinə təqdim etdi.

Yapı Kredi Bank 1 noyabr 2013 tarixindən etibarən İnternet Bankçılıq xidmətini müştərilərinin istifadəsinə verib. Artıq bankın bütün filiallarından sadə bir müraciət forması doldurmaqla, banka aid olan əməliyyatları vaxt itirmədən, internetin olduğu hər yerdən və istənilən vaxt həyata keçirmək mümkündür. İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər.

Yapı Kredi İnternet Bankçılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, eyni zamanda, Worldcard borcunu ödəmək və hesab bildirişini çap etməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Ən əsası da odur ki, Yapı Kredi İnternet Bankçılıq xidmətində hesabların təhlükəsizliyini təmin etmək üçün müştərilərə Ağıllı SMS və Ağıllı Açar kimi əlavə təhlükəsizlik vasitələri təklif edilir. Bunlar istifadəçilərin bank hesablarının daha təhlükəsiz olması üçündür.

Xidmət haqqında ətraflı məlumatı bankın 24 saat fəaliyyət göstərən *0444 Telefon Mərkəzindən və yawww.yapikredi.com.az internet səhifəsindən əldə edə bilərsiniz.