Bizlər hər zaman gələcəklə bağlı plan qurmağı sevirik. Bu gün görülən işləri gələcəyimizin, rahatlığımızın daha üst səviyyədə olması üçün edirik. Planlaşdırılan uğuru əldə etdikdə, bu bizə sadə bir hal kimi gəlir, çünki hər zaman planlarımız, hədəflərimiz, arzularımız dəyişir. Bu arzuları reallaşdırmaq üçün isə bəzən dəstəyə ehtiyacımız olur. Elə dəstək ki, xırda bir toxunuşla hədəflərimizə çatmağımıza təkan olsun.
Elə bu səbəblə də, 19 Fevral -30 Aprel 2014 tarixlərində Yapı Kredi Bank Azərbaycan inkişaf etmək, uğur qazanmaq, həyatlarında dəyişiklik etmək istəyənlərə istehlak krediti təklif edir. Kampaniya müddətində götürülən hər 1000 manatlıq krediti gündəlik cəmi 1 manat 25 qəpiklə ödəmək mümkündür. Kredit müddəti 36 ay təşkil edir və faktiki illik faiz dərəcəsi 22.80-30.36% arasında dəyişir. Evinin daha rahat və modern olması üçün ev əşyalarını dəyişənlər, ailəsi və övladları ilə zaman keçirib tətilə getmək istəyənlər, evini təmir etmək istəyənlər və digər bütün planlarını həyata keçirmək istəyənlər bu kampaniyadan düşünmədən faydalana bilərlər.
Müraciət etmək üçün Yapı Kredi Bank Azərbaycan filiallarına yaxınlaşmaq kifayətdir. Kamapniya haqqında ətraflı məlumatı 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən, və ya www.yapikredi.com.az internet ünvanından əldə etmək mümkündür.