Worldcard Yeni il öncəsi kampaniyaların sayını artırır | Banco.az

Worldcard Yeni il öncəsi kampaniyaların sayını artırır

Yapı Kredi Bank Worldcard müştəriləri üçün Yeni ilin gəlişi ilə əlaqədar müxtəlif kampaniyalar keçirir. Bu kampaniyaları geyim, mobil telefon, kompüter, turizm, zərgərlik, restoran, market və s sektorlarında keçirən Worldcard, müştərilərinin Yeni il öncəsi edəcəyi alış-verişlərdə əlavə üstünlüklər təklif edir. Bu üstünlüklərə məhsulların nağd qiymətinə alınıb hissələrə bölünməsi, edilən alış-verişlərin 20%-ə qədərini balansa geri qaytarılması, Worldcardla edilən alış-verişlərin endirimli olması və s. aiddir.Yeni il tətilində xaricə səfər edənləri də nəzərə alan Worldcard həm Skylife Turizm agentliyi ilə birlikdə nağd qiymətinə Yeni il tur paketləri təklif edir, həm də dünyanın istənilən yerində Worldcard-la edilən ödəmələri 3 hissəyə bölmə şansı təklif edir. Bu tur paketləri cəmi 385 AZN-dən başlayan qiymətlə Uludağ qış kompleksində, 400 AZN-dən başlayan qiymətlə Dubayda, 600 AZN-dən başlayaraq Sankt Peterburqda və s. yerlərdə Yeni il tətili yadda qalan iz saxlayar.Fast food həvəskarlarını da düşünən Worldcard, Mc Donald’s restoranlarında etdikləri ödəmələrin 10%-i müştərilərinin hesablarına geri qaytarır.Bu bayramda mobil telefonunu, kompüterini dəyişmək istəyənlər də Nano, NLT telecom, Bestel mağazalarında istədiklərini alıb hissə-hissə ödəyə biləcəklər.Qışın soyuq keçməsi xəz dəri mövsümünü açıq elan edir, dolayısı ilə, Snejnaya Koroleva mağazasından Worldcardla edilən alış-verişləri 25% endirimlə və 12 aya hissə-hissə ödəməklə əldə etmək mümkündür. (http://www.worldcard.com.az/kampanyalarimiz/world-kampanyalari/snejnaya-...)Yuxarıda sadalanan kampaniyalardan əlavə, Dekabr ayı boyunca 20 AZN və üzəri World Üzv Ticarət Obyektlərində edilən bütün alış-veriş əməliyyatları hər gün keçirilən lotoreyada iştirak edir və hər gün 1 nəfərə 2014 manat bal hədiyyə edilir. Qeyd edək ki, bu kampaniya 1 dekabrdan start verib və 31 dekabra qədər davam edəcək. Bu günə kimi artıq 13 nəfər tam 2014 manat bal qazanıb və hədiyyə edilən balların ümumi məbləği 26 min AZN-dən çox edir. Daha 18 gün ərzində kampaniyadan faydalanmaq üçün sadəcə Worldcardla World Ticarət obyektində 20 AZN və üzəri alış-veriş etmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et