“Unibank” ASC tərəfindən müştərilər üçün keçirilən «Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyasının başa çatmasına bir həftə qalıb. Bankdan verilən məlumata görə, lotereya çərçivəsində mayın 20-dən avqustun 31-dək «Unibank»da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/EUR məbləğində əmanət qoyan və ya mövcud əmanətin müddətini kampaniya ərzində ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/EUR həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN, bir qalib isə 2013-cü il istehsalı olan «Chrysler 200 Touring 2.4» avtomobili qazanacaq.«Unibank» müxtəlif əmanət növləri təklif etməklə, müştərilərə seçim imkanları verir. «Unibank»da depozitlər maksimum 15,7%-lə və ən çoxu 36 ay müddətinə qəbul olunur. Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 10% təşkil edir. Əgər müştəri istəyərsə «Müddətli» əmanət növü üzrə 10%-dən yuxarı və ya illik 10%-lə əmanət növü aça bilər.