Unibank Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir | Banco.az

Unibank Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir

Unibank Azərbaycan xalqının Ramazan bayramını təbrik edir, bol ruzi-bərəkət arzulayır. Ramazan bayramı ərəfəsində bank müxtəlif kampaniyalarla öz müştərilərini sevindirir. Bayramdan bir gün əvvəl- iyulun 16-da bank filiallarına müraciət edən ölkə vətəndaşları  KOMİSSİYASIZ  nağd kredit  aksiyasından faydalana bilərlər. Bu xüsusi aksiyası həm dollar, həm də manat kreditlərinə şamil olunur. Qeyd edək ki, nağd kreditlərdə illik faizlər kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq 23% ilə 28%  arasında dəyişir.

Albalı Plus kart sahiblərini isə bayramın bütün günlərində möhtəşəm bayram sürprizləri gözləyir. İyulun 16-dan 20-dək Albalı plus kartı ilə 3 və daha uzun muddətə alış -veriş edən hər kəsə  Unibankdan da bir ay hədiyyə olunacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et