UNİBANK MÜŞTƏRİLƏRİNİ MÜKAFATLANDIRDI. | Banco.az

UNİBANK MÜŞTƏRİLƏRİNİ MÜKAFATLANDIRDI.

Düzgün seçim edərək, Unibanka depozit qoyduğu üçün lotereyanın qalibi olan Samiq Nəsirov,  bu gün öz  mükafatına - son model Chrysler 200 Touring 2.4 avtomobili qovuşdu. Bankin mayın 20-dən  avqustun 31-dək davam edən , “Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyasının digər 20 qalibinə də bu gün bank əməkdaşları tərəfindən 500 AZN balanslı Gold kartlar təqdim olundu.

Ümumilikdə kampaniya  4897 əmanətçini əhatə edib, lotereya oyunu müddətində qoyulan depozit sayı 6073, mümkün şansların sayı isə 964 min 420 olub.

Unibankın  daha bir aksiyasının - “Kreditinizi ödəyin və  qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyanın qalibləri də lotereyanın şərtlərinə uyğun olaraq  qazandıqları 100 manatı Gold kartın balansında aldılar.

Lotereyanın şərtlərinə görə, bu kampaniyada iyunun 24-dən avqustun 31-dək, Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön  paypointlərindən və Online  formada  (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər iştirak ediblər. Ümumi uduş fondu 5000 AZN olan lotereya oyununda, elektron püşkatma qaydasında açıqlanan nəticələrə əsasən50 qalib hərəsi 100 AZN uduş qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

3 ay davam edən lotereya oyununun uduş fondunda 46 min kredit ödəyicisi 70 770 şansla iştirak edib.

Hər iki lotereyanın  uduş fondu  müsabiqə komissiyasının və  kampaniya müddətində Unibankda depozit hesabı açan və kredit ödəyən müştərilərdən bir hissəsinin iştirakı ilə elektron püşkatma qaydasında açıqlanıb.

Lotereya oyunlarının qaliblərinin siyahısı ilə bu linklərdə tanış olmaq mümkündür.

http://unibank.az/en/about-bank/news/177/

http://unibank.az/az/about-bank/news/178/

Bu gün uduş məbləğlərini götürmək üçün banka gələ bilməyən qaliblər, həftənin 5 günü  (1-5-ci günlər), Unibankın R.Behbudov 55 ünvanında yerləşən baş ofisinə müraciət edə bilərlər.

Daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank –hər kəsin bankı

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et