Siz bizim dəyərlimizsiniz! Unibank xanımların bayramına bayram qatır. Əziz xanımlarımızı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edən Unibank, möhtəşəm kredit kampaniyasına başlayır.
Martın 7-si və 8-də bank filiallarından kredit götürən hər kəsə, komissiyada 50% endirim ediləcək. Kampaniya həm xanımlar, həm də xanımları təbrik etmək istəyən kişilər üçündür. Üstəlik, kredit götürən bütün müştərilər, 6 %-dək endirim əldə edəcəklər.
8 mart qeyri-iş günü olsa da, Unibank filialları işləyəcək. Həmin gün filiala müraciət edənlər, xüsusi kredit kampaniyasından faydalana bilərlər.
Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, Unibank-dan 7500 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.
Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafiki üzrə çalışır. Filiallalar nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı