Unibank albali.az saytının mobil versiyasını təqdim etdi | Banco.az

Unibank albali.az saytının mobil versiyasını təqdim etdi

Unibank mobil telefonların aktiv istifadəsini nəzərə alaraq   albali.az saytının yeni mobil versiyasını müştərilərinin istifadəsinə verdi. Artıq  hər kəs  ALBALI PLUS kartına dair geniş məlumatı albali.az saytına mobil telefonlarından daxil olaraq əldə edə biləcək. İstifadəsi rahat və çevik olan saytın mobil versiyası istifadəçilərinə  çoxsaylı imkanlar təqdim edir: ən son kampaniya və promo-aksiyalardan xəbərdar olmaq, “Şəxsi Kabinet”  vasitəsi ilə ödənişlərə nəzarət etmək, “Online Məsləhətçi” xidmətinə qoşulmaq  və həmçinin xüsusi kalkulator vasitəsi ilə alış-verişlərin dəyərini öncədən hesablamaq.

Bundan əlavə ALBALI PLUS kartına sahib olmaq istəyən lakin banka müraciət etmək imkanında olmayan şəxslər, mobil telefonundan saytın “ Kart sifarişi” bölməsinə daxil olub, sifariş formasını doldura bilərlər.  “Partnyorlar” bölməsində isə ALBALI PLUS kartının partnyorlar siyahısını asanlıqla əldə etmək mümkündür. Sayt smartfonlar  üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et