TuranBankın aktivlərinin həcmi 25,7% artmışdır | Banco.az

TuranBankın aktivlərinin həcmi 25,7% artmışdır

2013-cü ilin iyul ayının 1-nə TuranBankın aktivlərinin həcmi, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 25,75%, ilin əvvəli ilə müqayisədə isə 11,34% artaraq 241,686 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli, 2013-cü ilin əvvəli ilə müqayisədə 9,93%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,23% artaraq 177,298 mln. manat təşkil etmişdir.

Cari ilin yanvar-iyun ayları üzrə Bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 4,4%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,4% artmışdır. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,5% artaraq  51,8 mln. manat təşkil etmişdir.

Bankın nizamnamə kapitalı 40,1 mln. manat təşkil etməklə 1 iyul 2013-cü il tarixinə, ilin əvvəli ilə müqayisədə 33,34%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68,05% artımla müşahidə olunmuşdur. Hesabat dövründə TuranBankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 36,64%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 64,25% artaraq 43,549 mln. manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.   

2013-cü ilin yanvar-iyun ayları üzrə fəaliyyət nəticələrinə əsasən TuranBankın gəlirləri 13,126 mln. manat, xərcləri isə 10,469 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti  2,657 mln. manat təşkil etdirmişdir.

Hazırda Bankın 14 satış nöqtəsi (onlardan 7-si regionlarda: Tovuzda, Zaqatalada, Gəncədə, Ağstafada, Sumqayıtda, Xaçmazda və Qazaxda yerləşir) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. 

Hazırda Bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.